İran

İRANDA KORONAVİRUS QURBANLARININ SAYI…

: Əhvaz ustanında vəziyyət yenə də qırmızıdır. Hazırda Şərqi və Qərbi Azərbaycan, Loristan, Kürdüstan, Kermanşah, İsfahan və Hormozqan ustanları iztirari vəziyyətdədirlər.
İranın Behdaşt Vəzirliyinin sözçüsünün bildirdiyinə görə, indiyə qədər ölkədə 148 min 950 nəfər koronavirusuna tutulub və son 24 saatda 57 nəfərin ölümü ilə, ölkədə koronavirusdan ölənlərin sayı 7 min 734 nəfərə çatıb.
Şənbə günü Kiyanuş Cahanpur ölkədə koronavirusa tutulanların son vəziyyəti və virusdan ölənlər barədə də danışıb. “Dünəndən bu günə, 10 xordada qədər və qəti təşxisi meyarlara əsasən, ölkədə Covid-19 olan 2 282 yeni məriz aşkar edilib. Yeni mərizlərdən 435-i mərizxanaya qəbul edilib, 1847-i isə ayaq üstü müalicə alıblar. Bunu nəzərə alaraq, ölkədə Covid-19 mərizlərinin ümumi sayı 148 min 950 nəfərə çatıb”, – deyə bildirib.
Behdaşt Vəzirliyinin sözçüsü, “təəssüf ki, son 24 saatda 57 yeni Covid-19 mərizi ölüb və ölkədə korona qurbanlarının ümumi sayı 7,734-ə çatıb”, -deyə əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button