İran

Ərdəbildə qanunsuz quyular su ehtiyatlarını azaldıb

Ərdəbildə qanunsuz su quyularının fəaliyyəti nəticəsində ustan çölündə yeraltı suların səthi 15 sm aşağı düşüb. Bu da öz növbəsində Ərdəbil çölünün quru çölə çevrilməsinə səbəb ola bilər.
Bildirək ki, əkin bölümü ustanın yüzdə 93 su məsrəfini təşkil edir. Amarlara əsasən, ustanda 509 qanunsuz su quyusu var.
Ərdəbil Ustanı Bölgə Su Şirkətinin Sudan İstifadə və Qoruma İşləri müqavini Nəbiulla Pasiban İsalu məsələyə münasibət bildirib. “Ərdəbildə qanunsuz su quyuları qazıntısının qarşısı alınıb. Hazırda 50 qanunsuz su quyusu var. Onların bağlanması ilə ilgili işlər görüləcək ”,-deyə o, bəyan edib. Ərdəbil Ustanı Bölgə Su Şirkətinin Suyun Ehyası Tərhinin icraçısı Davər Bəstam Mücrinin sözlərinə görə, indiyə kimi 21 qanunsuz su quyusu bağlanılıb. Beləliklə, yarım milyon mükəəb litr yeraltı suyun boşuna axmasının qarşısı alınıb.
Bölgə Su Şirkətinin başqa bir məsul şəxsi Məhəbbət Misri bildirib ki, ötən ildə 106 qanunsuz su quyusu bağlanıb. Nəticədə 3.38 milyon mükəəb metr yeraltı suyun qanunsuz istifadəsinin qarşısı alınıb. Misri əlavə edib ki, ustan üzrə su mənbələrinə 19 nəzarət, axtarış və təftiş ekipi fəaliyyət göstərir. Onlar tərəfindən 23 qanunsuz su quyusu qazılmasının qarşısı alınıb. Əkin işləri uzmanı Qadir Nigəhdar bu su quyuları barədə deyib: “Ustanda yağıntıların azalması, quraqlığın davam etməsi və yetərli su mənbələrinin olmaması əkinçiləri qanunsuz quyusu qazmağa məcbur edir. Belə quyuların qazılmasının qarşısını almaq üçün əkinçilər su ehtiyatı ilə təmin olumalıdır. Yoxsa qanunsuz quyular məsələsi həll edilməyəcək”.

Related Articles

Bir cavab yazın

Back to top button