İran

Həmədanda evlilik və doğum halları azalıb

Həmədan ustanının səbt əhval idarəsinin baş müdiri Mahmud Əlipurun verdiyi məlumata əsasən, bu il 10 min 799 evlilik halı səbt edilib.
Bu rəqəm ötən illə müqayisədə yüzdə 9.6 azalma ilə görünüb.
Bu ilin 9 ayında 21 min 878 doğum halı səbt edilib ki, bu da ötən ilin oxşar dövrü ilə müqayisədə yüzdə 9.6 azalma ilə fərqlənir.
Bu müddətdə şəhərdə doğulanların sayı 14 min 929, kəndlərdə isə 6.949 olub. Həmin müddətdə toplamda olan doğuş sayı 11 min 382 nəfəri oğlan, 10 min 496 nəfəri qız uşaqlarından ibarət olub. Bu müddətdə hər 100 oğlana 108 qız dünyaya gəlib.
Əlavə edək ki, bu ilin 9 ayında 7 min 574 ölüm halı səbt olunub. Ölüm hallarının əsas səbəbi ürək mərizlikləri ilə bağlı olduğu bildirilib. Bu müddətdə hər 100 nəfər xanım vəfatı qarşılığında 135 kişi vəfat səbt edilib.
Qeyd edilən müddətdə 10 min 799 evlilik səbt edilib ki, ötən ilə nisbət yüzdə 9.5 azalıb. Həmin müddət ərzində 2 min 943 boşanma olub. Hansı ki, ötən ilə görə yüzdə 2.2 artımla fərqlənir.

Related Articles

Bir cavab yazın

Back to top button