Azərbaycan

Ərdəbildə silahlı qarşıdurma: çoxlu sayda həbs olunan var

Yanvarın 23-ü, axşam saatlarında Ərdəbil şəhərinin Baharabad məhəlləsində silahlı qarşıdurma baş verib. Bu haqda sosial media fəalları məlumat yayıb.

Yanvarın 23-ü, axşam saatlarında Ərdəbil şəhərinin Baharabad məhəlləsində silahlı qarşıdurma baş verib. Bu haqda sosial media fəalları məlumat yayıb.

“Aznews tv” xəbər verir ki, məlumatda silahlı qarşıdurmanın səbəbləri barədə dəqiq açıqlama verilmir.

Ancaq hökumətə müxalif təşkilatlar qarşıdurmanın İranın hökumət məmurları ilə yerli əhali arasında meydana gəldiyini yazırlar.

Ərdəbil şəhər prokuroru Abdullah Təbatəbayi silahlı qarşıdurmanın baş verdiyini və hadisə yerinə çox sayda silahlı güclərin cəlb edildiyini təsdiq edib.

Silahlı hadisənin “silahlı quldurlar” tərəfindən başladıldığını iddia edən Təbatəbayi hadisənin detalları ilə bağlı açıqlama verməkdən imtina edib.

O, hadisədə yerində keçirilən geniş əməliyyat nəticəsində 20 nəfərin tutulduğunu, qarşıdurmada çox sayda şəxsin iştirak etdiyi üçün bunun 80 nəfərə qədər çoxala biləcəyini, onların istintaqa cəlb edildiklərini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button