Azərbaycanİran

Qadınlar yenidən futbol stadionuna gəlməkdən məhrum ediliblər

İran Futbol Liqası təşkilatı Mərkəzi Futbol Assosiasiyasına məktub göndərərək, “Alüminium Ərak” və “Persepolis” arasında keçiriləcək həlledici pley-off matçını izləmək üçün Ərakdakı “Hafeziyə” Stadionunda qadınların iştirakını qadağan edib.

İran Futbol Liqası təşkilatı bu qadağaya səbəb kimi “struktur problemləri, stadiona girişə nəzarət üçün təlimatların olmaması, stadion infrastrukturunda çatışmazlıqlar, qadınların təhlükəsizliyinə zəmanətin olmaması”nı göstərib.

Lakin bu əsaslandırmalar inandırıcı görünmür, çünki “Alüminium Ərak” klubunun cari liqa mövsümünün əvvəlindəki ev matçlarına qadın tamaşaçılar qatılırdılar.

Related Articles

Bir cavab yazın

Back to top button