İran

Ərdəbildə süd məhsullarının istehsalı zəifləyib

Ərdəbildə süd məhsullarının tolidi olduqca zəifdir. Buna səbəb isə əyalətdə sənaye səviyyəli heyvandarlığın gəlişməməsidir. Bu fikirləri Ərdəbil Əyaləti Ticarət Otağının Əkin Komisionun rəisi İsa Şahi Zare deyib. Bilgilərə görə, süd məhsulları karxanaları özlərinə lazım olan südü təmin etməkdə çətinlik çəkir. İsa Şahi Zarenin sözlərinə görə, problemin tez bir zamanda həllini tapması üçün sənaye səviyyəli heyvandarlıq sahəsinə niyə sərmayə yatırımının olmadığı bəlli edilməlidir.
Qeyd edək ki, Ərdəbildə heyvandarlıq sənayesi sünnəti şəkildə idarə edilir. Buna səbəb isə sözügedən sahənin gəlişməsi üçün müvafiq addımların atılmamasıdır.

Related Articles

Bir cavab yazın

Back to top button