Azərbaycan

Ərdoğan: “Can Azərbaycana dəstəyimizi davam etdirəcəyik”

“Azərbaycan xalqı həmrəylik nümayiş etdirərək heç bir fədakarlıqdan çəkinmədi. Canları bahasına Qarabağı işğaldan qurtaran şəhidlərə Allahdan rəhmət diləyirəm. Azərbaycanlı qardaşlarımızı şəxsim, millətim adına təbrik edirəm”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri öncəsi mətbuat konfransında deyib. O, bildirib ki, Azərbaycanın bu zəfərinə ortaq tarix, mədəniyyət və dil birliyi çərçivəsində Türkiyə bütün imkanları ilə dəstək verib. “Can Azərbaycana olan dəstəyimiz bundan sonra da davam edəcək. Sabah da Azərbaycanın haqlı sevincinə şərik olacaq və Qələbə rejəsində iştirak edəcəyik. Bakıya son olaraq 25 fevriyə 2020-ci ildə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı zamanı səfər etmişdim. Aradan keçən müddət ərzində ikitərəfli ilgilərimizdə görəcəyimiz işlərlə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevlə müzakirələr aparacağıq. Azərbaycanla çox geniş şəkildə əməkdaşlığımız mövcuddur. Azərbaycanın qazandığı zəfər ilgilərimizin daha da genişlənməsinə zəmin yaradır. İşğaldan azad edilən torpaqların yenidən bərqərarı məsələsində qardaşlarımızın yanında olacağıq. O cümlədən pandemi ilə birgə mübarizə məsələsini də nəzərdən keçirəcəyik. Azərbaycana səfərimin “Bir millət, iki dövlət” şüarını qaldıraraq xeyirlərə vəsilə olmasını diləyirəm”,-deyə Türkiyə prezidenti diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button