Dünya

Ərdoğan PSJ – “Başakşəhər” oyununda baş verən xoşagəlməz hadisəyə münasibət bildirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çempionlar Liqasının qrup mərhələsində keçirilən PSJ – “Başakşəhər” oyununda baş verən xoşagəlməz hadisəyə münasibət bildirib. Ölkə başçısı qarşılaşmanın rumıniyalı 4-cü hakimi Sebastian Kostantin Kolteskunun irqçi ifadəsindən sonra meydanı tərk edən Türkiyə təmsilçisinə dəstək nümayiş etdirib. “Təmsilçimiz “Başakşəhər”in məşqçi heyətindən Pyerr Veboya qarşı sərf edilən irqçi sözləri şiddətlə qınayırıq. UEFA tərəfindən lazımi tədbirlərin görüləcəyinə inanıram. İdmanda və həyatın bütün hissələrində irqçiliyə, ayrı-seçkiliyə qarşıyıq”,-deyə o, vurğulayıb.
Qeyd edək ki, UEFA ehtiyat hakimin dəyişdirilərək oyunun davam etdiriləcəyini açıqlasa da, İstanbul klubunun futbolçuları meydana çıxmaq istəmir.

Related Articles

Bir cavab yazın

Back to top button