Dünya

Ovannes Koçaryan İrəvan küələrindəki zirehli geyimlilərdən yazıb

“İrəvanın ictimai yerlərində insanların zirehli jiletlərdə və xüsusi formalarda olması polis əməkdaşlarına etibarsızlığın göstəricisidir”. Bunu Ermənistan Polisinin keçmiş rəis müavini Ovannes Koçaryan özünün feysbukdakı səhifəsində yazıb.
Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarlarının aksiyasından bəhs edən keçmiş rəis müavini bəzi şəxslərin paytaxt küçələrində zirehli jiletlərdə olmasına diqqət çəkərək bildirib: “Onlara kimsə izah etsin ki, öz görüntüləri və boş sözləri ilə dinc aksiya iştirakçıları üçün hazır provokasiyadırlar. Onların bircə ictimai asayişin müdafiəsi ilə məşğul olmaları çatmırdı”.

Related Articles

Bir cavab yazın

Back to top button