Dünya

Ərdoğan: “Qarabağda təhlükəsizlik və sabitliyin bərpasına yardım etməliyik”

“Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanlara yazılacaq zəfərlə azad etdi”. Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının videokonfrans formatında keçirilən Zirvə toplantısında deyib. O, qeyd edib ki, Azərbaycan bununla da bölgədə yeni mərhələnin qapılarını açıb. Türkiyə prezidenti Qarabağda əmniyətin təmin edilməsi məsələsindən də söz açıb. “Qarabağda əmniyət və sabitliyin təmininə yardım etməliyik. 30 illik işğaldan qalan dağıntıları birlikdə aradan qaldırmalıyıq. Bu müddətdə təşkilat olaraq Azərbaycanla tam birlik nümayiş etdirəcəyimizə inanıram”, – deyə Ərdoğan vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button