AzərbaycanDünya

Ərdoğan Qarabağdan danışdı: “Bu problemi Azərbaycan özü həll etdi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT1 və TRT Haber telekanallarının ortaq yayımının qonağı olub. Efirdən bir sıra maraqlı açıqlamalar verən dövlət başçısı Türkiyə – Amerika münasibətləri, qondarma “erməni soyqırımı”, eləcə də, Qarabağ məsələsinə də toxunub.

R.T.Ərdoğan qondarma “erməni soyqırımı”nı Amerika ilə Türkiyə arasında münasibətlərin soyumasında başlıca amil olaraq qiymətləndirib.

“Münasibətlərimizdəki gərginliyin səbəbi qondarma “erməni soyqırımı”dır. Artıq bezdik. Hər dəfə 24 avrill gəldikdə, Amerika nə deyəcək? İmkan verin bu işi tarixçilər görsün, xalqşünaslar çalışsın. Bütün bu çalışmalardan sonra biz siyasətçilər olaraq, üzərimizə düşənləri edək. Ortada heç nə yox ikən, bu məsələni gündəmə gətirirsiniz”.

Ərdoğan bildirib ki, 30 illik dalana dirənmiş Qarabağ problemini Azərbaycan özü həll edib:

“İllər keçdi, Minsk qrupu Azərbaycan – Ermənistan problemini həll edə bilmədi. Minsk qrupu illərdir Qarabağ problemini həllə edə bilmədi. Sonda Azərbaycan öz göbəyini özü kəsdi”.

Related Articles

Bir cavab yazın

Back to top button