Dünyaİran

Associated Press: Amerika ələ keçirilmiş İran neftini satıb

“Associated Press” ajansının bazar ertəsi günü Amerikanın “bir sıra məhkəmə sənədləri və rəsmi amar rəqəmlərinə” istinadən verdiyi bilgiyə görə, bu ölkə İmarat sahillərində bir İran tankerini ələ keçirdikdən sonra içərisindəki 2 milyon boşqaya yaxın xam nəfti satıb.
Amerikanın Enerji Bilgiləri Ajansının keçən həftənin sonu yaydığı yeni raporda mars ayında bir milyon boşqadan çox İran xam nəftinin Amerikaya aparıldığı göstərilir.
İrandan varid edilən nəft, əslində İmaratın Füceyrə sahillərində Amerikanın üzərinə həbs qoyduğu “Aksilis” adlı nəft gəmisinin yükü idi.
Sənədlərdə iddia olunduğuna görə, Amerika “Aksiles” neft gəmisinə həbs qoyduğu bir vaxtda, Sipah bu nəft gəmisindən Çinə xam nəft satmaq üçün istifadə etməyə çalışırdı.
Amerikanın polis orqanlarının bildirdiyinə görə, sözügedən gəmi “Bəsrənin yüngül nəfti” adı altında İraqdan məqsədə çatdırılmağı nəzərdə tutulmuşdu.

Related Articles

Bir cavab yazın

Back to top button