İran

Güney Azərbaycanda “Biz birik” yerişi: Milli fəal Ərdəbil-Astara yolunda yürüş keçirir-

Son günlər Güney Azərbaycanın Astara-Ərdəbil şəhərləri arasında məqsədli şəkildə yaradılan gərginlik və parçalanma meylləri Güney Azərbaycanda narazılıqla qarşılanıb.

Milli fəallar fars şovinistlərinə qarşı keçirdikləri müxtəlif çıxışlarda Güney Azərbaycan ulusunun birliyini sərgiləyirlər.

Ərdəbilli Yaşam Çevrərəsi fəalı Meysəm Colani Astara hadisələrinin arxasında gizlənmiş pis niyyətlərə etiraz əlaməti olaraq yürüşüə başlayıb. Meysəm Colani Xordadın 11-i səhər saatlarından barış, birlik və dostluq göstəricisi olaraq 75 kilometrlik Ərdəbil-Astara yolu boyunca yürüşə başlayıb.

“Biz birik” şüarı ilə yürüşə başlayan Meysəm Colaninin məqsədi Güney Azərbaycanın iki qədim şəhərinin coğrafi, tarixi, milli, mədəni və başqa ortaq dəyərlərini, birliyini göstərmək habelə yenidən xatırlatmaqdır.

Bununla yanaşı iki gün öncədən Ərdəbil lə Astara fəalları “İnstagram” sosial şəbəkəsində “Ərdəbil-Astara” səhifəsi yaradaraq kəmpeynə başlayıblar. kəmpeynə qoşulan Güney azərbaycanlılar “Ərdəbil-Astara qardaşdır, Ərdəbil-Astara Azərbaycandır” məzmunlu video-müraciətlər yayınlayıblar.

İctimai fəallar bu gərginliyi indiki həssas durumda İran hökumətinin stratejisini müəyyənləşdirən fikir otaqlarının məqsədli şəkildə yaratdıqlarını bildirirlər.

Qeyd edək ki, bir neçə gün öncə panfarsist cərəyanlara bağlı qeyri-türk şəxslər Astarada ərdəbillilərə qarşı kobudluq edib və onları döyüblər. Bu şəxslər özlərini türk kimi qələmə verərək məqsədli şəkildə Ərdəbil və Təbriz türklərini təhqir ediblər.

Güney Azərbaycanın milli-mədəni fəalları isə anti-türk cərəyanların və təşkilatların fitnəkar planlarını zərərsizləşdirmək üçün kampaniya başladıblar.

Hadisə ilə bağlı bu gün mətbuata açıqlama verən Astara şəhərinin polis rəisi 7 nəfərin Astarada, 5 nəfərin isə Ərdəbildə saxlanıldığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button