İran

Əsəblənmiş kişi ailə üzvlərini qırıb.

Aqahi İdarəsinin təcrübəli məmurları fənni və təxəssüs təhqiqat edərək qatilin kimliyini bəlli edə bilmişlər və 1 saatdan az bir müdətdə bir əməliyyatla onu gizləndiyi yerdə tuta bilmişlər

Urmiyanın kəndlərindən birində bir kişi həyat yoldaşı və öz qardaşını öldürüb, ailə üzvlərindən ikisini də ağır yaralayıb.
Batı Azərbaycan İntizam Qüvvələri Aqahi Polisinin rəisi minbaşı Şükri bu olayın ayrıntılarını açıqlayaraq deyib: “110 Polis Mərkəzinin bildirməsi ilə bəlli olub ki, Urmiyanın kəndlərinin birində bir qadının və kişinin ölümü ilə nəticələnən qarşıdurma olmuş, ona görə də bu olayı araşdırma karaqahların gündəminə gətirilmişdir. Məmurlar ilkin araşdırmada biliblər ki, əsəblənmiş bir kişi bıçaq zərbələri endirməklə həyat yoldaşını və öz qardaşını öldürmüş, sonra qızı və başqa bir qardaşını da ağır yaralayıb hadisə yerindən yayınmışdır. Aqahi İdarəsinin təcrübəli məmurları fənni və təxəssüs təhqiqat edərək qatilin kimliyini bəlli edə bilmişlər və 1 saatdan az bir müdətdə bir əməliyyatla onu gizləndiyi yerdə tuta bilmişlər. ”
Minbaşı Şükri bildirib ki, müttəhim qanuni mərhələ keçiriləndən sonra zindana göndərilmişdir. Qatıl öldürmə səbəbini uyuşdurucu maddəyə alışqanlıq və öldürülənlərlə münaqişədə olduğunu demişdir.

Related Articles

Bir cavab yazın

Back to top button