Bölgə

Bayden: Amerika qüvvələrinin Ərəbistanda olması İranın düşmənçilik hərəkətləri ilə mübarizə aparmaq üçündür

Bayden məktubunun əvvəlində açıqlayır ki, bu rapor "Savaş sələhiyyətləri qətnaməsi" çərçivəsində onun səlahiyyəti əsasında hazırlanıb.

Amerika prezidenti Co Bayden dekabrın 7-də ölkə Konqresinə yazdığı məktubda Amerika qüvvələrinin dünyanın fərqli yerlərində yerləşdirilməsi ilə bağlı durum haqqında bilgi verib.

Bayden məktubunun əvvəlində açıqlayır ki, bu rapor “Savaş sələhiyyətləri qətnaməsi” çərçivəsində onun səlahiyyəti əsasında hazırlanıb.

Məktubda, habelə Amerika qüvvələrinin Əraq, Suriya, Ordon, Ərəbistan yarımadası, Türkiyə, Əfqanıstan, Şərqi Afrika və Filippində yerləşdirilməsi ilə bağlı məlumat verilib.

Bayden Amerika qüvvələrinin Ərəbistanda yerləşdirilməsi ilə bağlı yazıb: “Amerika qüvvələri Ərəbistanda yerləşdirilib ki, bölgədə İranın və onun maliyyələşdirdiyi örgütlərin düşmənçilik hərəkətləri qarşısında Amerika qüvvələrini və onların mənafeyini qorusun”.

Co Bayden Əraqda İranın dəstəklədiyi yaraqlılara hücum əmri verməsinə də toxunaraq yazıb: “2021-ci ilin iyununda xəbər verildiyi kimi, mən Suriyada iki və Əraqın Suriya sınırı ilə yaxınlıqda bir nizami təsisata hücum əmrini vermişəm. Bu təsisatdan Amerikanın Əraqdakı güclərinə və təsisatlarına silsilə hücumlarda iştirak edən İrana bağlı yaraqlılar tərəfindən istifadə edilib”.

Related Articles

Bir cavab yazın

Back to top button