Dünyaİran

“Le Figaro”: “İran iki xarici ölkə vətəndaşını həbs edib”

Fransanın “Le Figaro” qəzeti İran hökumətinin təxminən iki həftə öncə Fransa-İran və Almaniya vətəndaşını həbs etdiyini açıqlayıb. Qəzetin yazdığına görə, İran sözügedən şəxslərdən iranlı diplomat Əsədullah Əsədinin azad edilməsi məqsədilə istifadə etmək istəyib. “Figaro” Fransa Xarici İşlər Vəzirliyi, habelə İran və Alman məqamlarının hələlik məsələ barədə fikir bildirmədiklərini yazıb.
Vurğulayaq ki, İran dövləti uzun illərdir ki, öz siyasi mənafeyini təmin etmək üçün ikili vətəndaşlığı olan şəxsləri, habelə xanım fəalları qanunsuz şəkildə həbs edir.

Related Articles

Bir cavab yazın

Back to top button