Azərbaycanİran

Azərbaycanlı sənətkarın evində QANUNSUZ AXTARIŞ APARILIB

“Aşkın” ləqəbi ilə tanınan güney azərbaycanlı bəstəkar və müğənni Ruqiyə Emami hökumətin təzyiqi ilə üzləşib. Bu barədə məlumat insan haqları və müxalif yönümlü medialar vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılıb.

Polislər Emaminin evinə basqın ediblər. Onun bəzi şəxsi əşyaları, eləcə də mobil telefonu müsadirə edilib. Polisin davranışı Emaminin oğlunu qorxuya salıb.

Sözügedən tədbirlər müvafiq məhkəmə qərarı və ya bildiriş təqdim edilmədən həyata keçirilib. Azərbaycanlı sənətçi yaxın günlərdə dindirilmək və fəaliyyəti ilə bağlı izahat vermək üçün Kəşfiyyat İdarəsinə çağırılıb.

Azərbaycan dilində mahnı yazıçısı və ifaçısı Aşkın dinləyiciləri üçün Azərbaycan türkcəsi dərsləri keçir. Onun bu yaxınlarda Təbrizin “Traktor” komandasının oyunu zamanı oxuduğu “Sən Yaşa, Azərbaycan” mahnısı sosial şəbəkələrdə çoxlu sayda soydaşlarımız tərəfindən baxış yığıb. Bundan başqa, sənətçi bir müddət öncə Urmiya gölünə həsr etdiyi mahnı da ifa edib.

Related Articles

Bir cavab yazın

Back to top button