İran

İran-Amerika münasibətlərindəki gərginlik

İranla Amerika arasında artan gərginliklər yönündə nizami qarşıdurmaların baş verə biləcəyi ehtimalı mövcuddur. Özəlliklə stratejik bombardmançı uçaqlar və “150 Tom Hawk” raketi ilə təchiz olunmuş sualtı qayıqların göndərilməsindən sonra, İsrail ordusu ehtiyat qüvvələrinin sürətli istifadəsi üçün manovra başlayıb.
Bundan başqa, İranın himayət etdiyi niyabəti qrupların Amerika və İsrailin bölgədəki mənafeyinə hücum edə bilməsi də gözləniləndir. İranın tam hazır olduğunu iddia etdiyi bu olası nizami qarşıdurma Amerikanın bölgəyə göndərdiyi qabaqcıl silahlar vasitəsilə durumu daha da gərginləşdirə bilər. Qeyd edək ki, rəsmi Vaşinqton İranın bölgədə törədəcəyi hər hansı “terror” aktına lazımi cavab verəcəyini bəyan edib. Belə ki, Amerika iki navşikənlə birlikdə atom sualtı qayığını Xəlicə göndərib.
Pentaqon məqamlarının sözlərinə görə, “SS Georgia” atom sualtı qayığının göndərilməsi Vaşinqtonun Tehrana açıq bir ismarıcıdır.

Related Articles

Bir cavab yazın

Back to top button