İran

İran rejimi üçün təbliğatın əhəmiyyəti

İran İslam Cümhuriyyətinin qurucusu olaraq qəbul edilən Ruhullah Xomeyninin “İslam Təbliğatla diridir” deyə bir sözü var. Bu cümlə təbliğatın nə qədər önəmli olduğunu görstərir. Təbliğat bütün qapalı rejimlərdə böyük önəm daşıyır. Ancaq sosial medianın fəaliyyətə başlaması ilə sansur və məhdiyyətlər getdikcə zəifləyir. Yəni hakimiyyət bütün sərmayə və siyasi iradəsinə rəğmən vətəndaşı sadəcə milli televizyon izləməyə məcbur edə bilmir. Bu durumda illərdir özlərini müqəddəs göstərməyə çalışan şəxsiyyətlər xalqın qarşısında savunmasız qalır. Bildirək ki, 30 ildən çoxdur Əli Xamenei ölkənin birinci gücüdür. Xamenei lider olduqdan sonra ölkənin bütün gücünü və propaqanda mekanizmasını ələ keçirib. Bütün müşküllərlə bağlı özünü yox, xarici ölkələri günahkar göstərməyə çalışıb. Ancaq müasir dövrdə insanları bu iddialara inandırmaq çətindir. Hakimiyyət hələ də bütün imkanları ilə təbliğat aparmağa davam edir. Son zamanlarda Əli Xameneinin nüfüzü ciddi dərəcədə zədələnib. Millətin ona qarşı olan nifrəti artıb. Bu durumun qarşısını almaq məqsədilə “Qeyri-Rəsmi” adlı bir bəlgəsəl yayımlanıb. Sosial mediada geniş yayılan bəlgəsəldə Əli Xameneinin səmimi görüntüsünün əks edilməsinə çalışılıb. Burada Xameneinin ölkənin müşküllərindən kənar tutulması üçün addımlar atılıb. Bəlgəsəl onun yaxşı, amma ətrafındakılarının pis olduğunu ifadə etməyə çalışır. Milyardlıq bəlgəsəllər və geniş təbliğatın qarşısında yeni nəsildə suallar yaranır. Necə olur ki, Əli Xamenei 30 ildən çoxdur ölkənin birinci siyasi gücüdür, ancaq bir dəfə belə olsun jurnalistlərin suallarına cavab verməyib. Əli Xameneinin bu qədər hesabsız və sınırsız gücü kimlər tərəfindən kontrol olunur?.
Hakimiyyət klassik təbliğat üsulları ilə bu suallara cavab verə bilmir. Bütün çabalara baxmayaraq, hakimiyyətin nüfüzü ciddi zədə alıb.

Related Articles

Bir cavab yazın

Back to top button