AzərbaycanDünya

“Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana dəstək göstərilməlidir”

"İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və bundan əziyyət çəkən insanların müalicəsi üçün Azərbaycana dəstək göstərilməlidir". Bu fikirləri Fransanın Piyada əleyhinə minaların təmizlənməsi üzrə Milli Komissiyasının sədri Jerar Şenel (Gerard Chesnel) bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistanın işğalından azad etdiyi ərazilərində minaların sayı həddindən artıq çoxdur:

“Minalar bir-birinə çox yaxın yerləşdirilib ki, bunu hərbi nöqteyi-nəzərdən izah etmək çətindir. Hər bir halda beynəlxalq hüquq qaydalarına əsasən, məğlub olmuş ölkə özü tərk etdiyi əraziləri minalardan təmizləməlidir.

Lakin Ermənistan beynəlxalq hüququn qanunlarına riayət etməyib”.

Komissiya sədri qeyd edib ki, bu məsələdə xarici ölkələr  Azərbaycana dəstək göstərməlidir:

“Təəssüflə bildirmək lazımdır ki, azad olunmuş ərazilərdə ermənilər tərəfindən basdırılmış minalar səbəbindən insanlar zərər çəkirlər.

Günahsız mülki şəxslər minalara düşərək həlak, yaxud şikəst olurlar.

Bu işdə Azərbaycana maddi yardım, habelə şikəst olmuş insanların müalicəsi üçün xüsusi lazımi təhcizatlarla dəstək olunmalıdır. Bizim komissiya Azərbaycana yardım göstərəcək”, – o vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button