İqtisadiyyatİran

Tehran Ticarət Otağı başqanı: İran milli pulun dəyərdən düşməsində rekord qırıb

Tehran Ticarət Otağı başqanı deyib ki, keçən il milli pulun dəyərdən düşməsi və öncəki illərdə sifarişlə aşağı həddə saxlanması nəticəsində İran milli pulun dəyərdən düşməsində rekord vurub.
məlumata görə, Məsud Xansari Tehran Ticarət Otağının nümayəndə heyəti ilə görüşdə bildirib ki, nağdlaşdırmanın yüksək artım sürətinə görə İranda təvərrum iki rəqəmli olub.
Onun sözlərinə görə, bu gedişat dəyişməzsə, ilin sonunadək ölkədə iki rəqəmli təvərrum davam edəcək, bu da az gəlirli əhalinin daha da çətin duruma düşməsi deməkdir.
Bildirək ki, keçən həftə İran Mərkəzi Bankı son raporunda keçən il ölkədə nağdlaşdırmanın yüzdə 40 artdığından xəbər verib, bu da İran İslam Cumhuriyyəti tarixində rekord rəqəmdir.
Nağdlaşdırma təvərrumun ən əsas səbəbidir və Uluslararası Pul Sandığının hesablamalarına görə, keçən il Venesuela, Zimbabve, Sudan, Surinam və Lubnandan sonra dünyada ən yüksək təvərrum İranda yaşanıb.

Related Articles

Bir cavab yazın

Back to top button