Dünya

Somalidə terror aktı törədilib

Somali ölkəsinin ortalarındaki Qalkayo şəhərinin stadiomunda törədilmiş partlayışda azı 35 nəfər dünyasını dəyişib. Yerli “Shabelle” radioisqahı bəlli edibdir ki, ölənlər arasında “Danab” özəl niyruların seçilmiş tipi bölməsinin başqanı, jeneral Muxtar Abdi Aden, onun müavini, jeneral Marşo və Qalkayonun keçmiş şəhrdarı Mohamud Yasin Əhməd Tumay da var. Hadisə ölkənin baş vəziri Məhəmməd Hüseyn Roblenin ictimaiyyətə müraciət etmək üçün stadioma gəlməsindən bir neçə dəqiqə öncə baş verib.
İlkin bilgilərə görə, partlayışı kamikadze yaxud intihari qurup törədib. Hadisə yeri Somalinin təhlükəsizlik qüvvələri tərəfindən qorunur.

Related Articles

Bir cavab yazın

Back to top button