Azərbaycan

تجمع اعتراضی مالباختگان آذویکو

"Aznews tv" xəbər verir ki, etirazçılar sayca 52-ci dəfə eyni tələblə İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsinin qarşısına toplaşıblar.

ynvarın 10-da Şərqi Azərbaycan vilayətinin “Azviko” Avtomobil Sənayesi Şirkəti tərəfindən pulları mənimsənilən şəxslər etiraz aksiyası keçirib və onlar illərdir sifariş verdikləri avtomobillərin verilməməsindən narazılıqlarını bildiriblər.

“Aznews tv” xəbər verir ki, etirazçılar sayca 52-ci dəfə eyni tələblə İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsinin qarşısına toplaşıblar.

Onlar 4 il öncə minik avtomobili almaq üçün şirkətə ödəniş etmələrinə rəğmən, bu günədək nə avtomobil əldə edə, nədə ödədikləri pulu şirkətdən geri ala bilirlər.

“Bizim günahımız nədir? Sənaye və Ticarət Nazirliyinin lisenziyasına inanmaq? Daxili istehsala dəstək vermək?” məzmunlu plakardlar qaldıran etirazçılar Məhkəmə Hakimiyyətinin onların şikayətinə laqeyd yanaşdığını deyib, həmin qurumu qorxulu kabus adlandırıblar.

Qeyd edək ki, eyni gündə Tehranda da bu şirkətdən avtomobil almaq üçün ödəniş edən vətəndaşlar oxşar aksiya keçiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button