İran

İranın Zindanlar Təşkilatı məhbuslara işgəncə verilməsinin qadağan olunmasını tələb edib

Məlumata əsasən, bu təlimatlar yanvarın 9-da İran Zindanlar Təşkilatının rəisi tərəfindən ölkədəki bütün həbsxanalara göndərilib.

İranın Penitensiar Xidmətinin (Zindanlar Təşkilatı) rəisi ölkə həbsxanalarına yeni təlimatlar göndərərək, təqsirləndirilən şəxslərin ləyaqətinin və insan hüquqlarının qorunmasına çağırıb.

“Aznews tv”  xəbər verir ki, İran Məhkəmə Hakimiyyətinin Mətbuat Xidmətinin məlumatına görə, Zindanlar Təşkilatının rəisi İslam və insan haqlarına əsaslanaraq saxlanılanların hüquqlarını izah etmək və təcridxanalarda monitorinqin keçirilməsi qaydası ilə bağlı təlimatlar hazırlayıb.

Məlumata əsasən, bu təlimatlar yanvarın 9-da İran Zindanlar Təşkilatının rəisi tərəfindən ölkədəki bütün həbsxanalara göndərilib.

Qeyd edək ki, İran Zindanlar Təşkilatı tərəfindən atılan bu addım son olaraq “Əlinin Ədaləti” adlı haker qrupu tərəfindən Tehranın Evin zindanındakı müşahidə kameralarının görüntülərini ələ keçirərək ictimaiyyətə təqdim edilməsindən sonra baş tutub.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə zindan məmurlarının məhbuslarla olduqca qəddar qeyri-insani şəkildə davrandıqları üzə çıxıb.

Related Articles

Bir cavab yazın

Back to top button