İran

İranda daha 65 nəfər koronavirusdan həyatını itirib

İranda son 24 saatda daha 65 nəfər koronavirusdan həyatını itirib. Bu barədə İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari bilgi verib. Onun sözlərinə görə, bununla da ölkədə virusdan ölənlərin sayı 58 751 nəfərə yüksəlib.
Rəsmi məlumata əsasən, ötən bir gündə 7 474 nəfər koronavirus mərizliyinə yoluxub. Beləliklə, virusa tutulanların sayı 1 496 455 nəfərə çatıb. Virus daşıyıcılarından 3 735 nəfərin durumu isə ağır olaraq qiymətləndirilir.
Sima Sadat Lari bildirib ki, İranda indiyədək 1 278 857 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.

Related Articles

Bir cavab yazın

Back to top button