İran

“Politico”: İran Rusiya və Çinlə gizli danışıqlar aparır

İran Rusiya və Çinlə ballistik raketlər üçün yanacaq komponentinin tədarükü ilə bağlı gizli danışıqlar aparır.

Bunu “Politico” nəşri diplomatik dairələrdəki mənbələrinə istinadən yazıb.

Nəşrin verdiyi məlumata görə, söhbət ammonium perxloratın alınmasından gedir, lakin alışın həcmi hələlik məlum deyil.

Həmçinin qeyd olunub ki, əgər belə bir razılaşma əldə olunarsa, bu, BMT-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların pozulması olacaq.

Məlumatda o da əlavə olunub ki, rəsmi Tehran artıq hər iki dövlətin və dövlət şirkətlərinin rəsmiləri ilə, o cümlədən “Anozit” şirkəti ilə bir sıra danışıqlar aparıb, lakin danışıqların nəticələri hələ bəlli deyil.

Related Articles

Bir cavab yazın

Back to top button