Dünya

Putinin Polşa xəbərdarlığına Kulebadan cavab

Rusiya Prezidenti Putin Ukrayna ilə Polşa arasında münasibətləri korlaya bilməyəcək.

bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba Putinin Polşa hakimiyyətinin Ukrayna ərazilərini işğal etmək istəməsi ilə bağlı son açıqlamalarına münasibət bildirərkən deyib.

“Putinin Kiyev və Varşava arasında ziddiyyət yaratmaq cəhdləri onun Ukraynaya uğursuz hücumu kimi əbəsdir”, – Kuleba Tvitterdə qeyd edib.

“Rusiyadan fərqli olaraq, Polşa və Ukrayna tarixdən ibrət dərsi alıblar və həmişə rus imperializminə və beynəlxalq hüquqa hörmətsizliyə qarşı vahid cəbhə kimi çıxış edəcəklər”, – nazir vurğulayıb.

Qeyd edək ki, Qərbi Ukraynanı Polşanın özünə birləşdirmək istəməsi barədə son iddianı Belarus lideri Lukaşenko Rusiya lideri Putinlə Sankt-Peterburqda keçirilən görüşdə səsləndirib və Putin də bunu təsdiqləyib.

Related Articles

Bir cavab yazın

Back to top button