Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycan

SOCAR Şri Lankada LNG terminalına $100 mln yatırmağı planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Pearl Energy” layihəsi çərçivəsində Şri Lankanın yaxın gələcəkdə LNG inkişaf proqramına qatılacağı gözlənilir.
Xarici mətbuatın yazdığına görə, Maltada “LNG”dən elektrik enerjisinin istehsalı layihəsini uğurla başlamasından sonra Cenevrədə yerləşən “SOCAR Trading” şirkəti sonrakı dayancağının
Şri Lanka olduğunu açıqlayıb.
“Pearl Energy” layihəsi ilə əməkdaşlıq çərçivəsində şirkət Hambantota limanına LNG çatdırmağı planlaşdırır. SOCAR əsas hədəflərinin birinin də limanda elektrik stansiyası inşa etmək olduğunu açıqlayıb.
Ötən ilin avqust ayında Şri Lankanın İnvestisiya Şurası Hambantota limanında üzən bir LNG anbarı hesab olunan “Hambantota LNG Hub”ı fəaliyyətə başlatmaq üçün Pearl Energy Ltd. ıirkəti ilə bir müqavilə imzalayıb.
SOCAR LNG ticarəti üçün kiçik ölçülü terminal-habın qurulması üçün Hambantota limanının operatorları ilə müqavilə imzalayıb. Şirkət bildirib ki, terminalın inşası təxminən 100 milyon ABŞ dollarına başa gələ bilər.
Ötən il SOCAR Trading beynəlxalq bazarda 4 milyon ton LNG satıb və 2025-ci ilə qədər bu həcmlərin 10 milyon tona çatacağını ümid edir. Şirkət LNG-ni üçüncü tərəflərdən alaraq istehlalçılara satır.

Related Articles

Bir cavab yazın

Back to top button