AzərbaycanDünya

Tarixi məqalə: Təbrizli memarların Osmanlı memarlığına töhfələri – Yaşıl cami

Bursada yerləşən Yaşıl cami 1419-1424-cü illərdə Çələbi Sultan Mehmet tərəfindən tikdirilmişdir.

 

Bursanın ən gözəl məscidi sayılan bu məbəd kaşı bəzəklərinin rənginə görə belə adlanır.

Məscidin kaşı mozaikası bəzəyini və taxta işləmələrini Təbriz ustaları işləyiblər. Kaşı mozaikası bəzəyinin fövqəladə bir şəkildə istifadə olunduğu mehrabın sütun başlığı üzərində “Təbrizli ustadların işidir” sözləri yazılmışdır.

Girişin üzərindəki hünkar məhfilində iki ustanın da adı yazılmışdır: Məhəmməd Məcnun və Əli İlyas oğlu.

Kaşıçılıq sənəti binaların daxilinin və ya fasad hissəsinin minalanmış kərpiclərlə gözəlləşdirilməsində istifadə olunur.

Hazırladığımız tarixi məqalələrin “Təbrizli memarların Osmanlı memarlığına töhfələri” fəslinə aid digər paylaşımı ilə bu linkə keçid edərək tanış ola bilərsiniz:

Related Articles

Bir cavab yazın

Back to top button