İran

Reper barədə çıxarılan edam hökmünə etiraz edən jurnalistə qarşı cinayət işi açılıb

"Şərq" qəzetinin jurnalistinə İran məhkəməsinin reper Tomac Salehi barədə edam hökmünə etiraz etdiyinə görə cinayət işi açılıb.

Bu barədə SEPAH-a bağlı media məlumat yayıb.

SEPAH-ın sosial media şəbəkəsi isə “Şərq” qəzeti və onun əməkdaşını vətəndaşları iğtişaşa təhrik etməkdə günahlandırıb.

Jurnalistin kimliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, reper Tomac Salehi hökumətə qarşı etiraz aksiyası keçirənlərə dəstək məqsədilə oxuduğu mahnılarına görə 2022-ci il oktyabrın 30-da İran təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

İran məhkəməsi onun barəsində edam hökmü çıxarsa da, işinə yenidən baxılıb, etirazçı reperin ölüm hökmü 6 il 3 ay həbs cəzası ilə dəyişdirilib.

Aprelin 24-də İsfahan şəhərinin İnqilab Məhkəməsinin 1-ci bölməsi tanınmış etirazçı reperin həbs hökmünü dəyişərək onun barəsində edam qərarı çıxarıb.

Related Articles

Bir cavab yazın

Back to top button