Azərbaycanİran

Fərid Səfərlinin anası İlham Əliyevə müraciət edib

İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Dilarə Əsgərova müraciətində oğlunun vəziyyətinin yaxşı olmadığını qeyd edib:

“Cənab Prezident, qarşıdan tariximizin ən önəmli bayramı sayılan Novruz bayramı gəlir. Bu bayram hər bir azərbaycanlı ailəyə sevinc və hüzur gətirir. Düşünürəm ki, bir azərbaycanlı olaraq bizim də sevinmək haqqımız var. Mən keçən Novruz bayramını İranın Tehran, Qum şəhərlərində oğlumu axtararaq gözüyaşlı keçirdim. Görünən odur ki, bu bayramı da mən Fəridsiz, əzabla keçirəcəyəm. Amma mən bir ana olaraq bunu təsəvvür etmək istəmirəm”.

D.Əsgərova dövlət başçısından Fəridin Azərbaycana gətirilməsinə köməklik etməsini xahiş edib: “İnanıram ki, Siz mənim müraciətimə biganə qalmayacaqsınız!”

Fərid Səfərli casusluqda ittiham edilib və İran məhkəməsi ona 2 il yarım həbs cəzası kəsib.

#FeridSeferli

Related Articles

Bir cavab yazın

Back to top button