İran

NEFT VƏZİRLİYİ BAZARDAKI FÜRSƏTLƏRİ ƏLDƏN VERİR

Keçən həftə Türkiyə, İğdır-Naxçıvan boru kəməri projəsi ilə bağlı munaqisə keçirib. Qarşıdakı 5 ildə İranın Naxçıvana qaz xətti razılaşmasının müddəti bitdikdən sonra İranın yerini almağı hədəfləyir.
Qaz sadiratının İran üçün əhəmiyyətinə işarə edən enerji məsələləri üzrə iranlı təhlilçi Məhəmməd Əminrad açıqlama verib. “Qaz sadiratı daha çox siyasi əhəmiyyət daşıyır, nəinki iqtisadi və əslində onun siyasi tərəfi ölkələr arasında qarşılıqlı münasibətlərdə olduqca qabarıqdır”, – deyə bildirib.
“Bununla bağlı, Azərbaycan 2004-cü ildə enerji mənbələrini Naxçıvana çatdırmaq üçün İranla razılaşma imzalayıb. Qərardada əsasən, İran suap əməliyyatı nəticəsində Naxçıvana bir miqdar qaz verir. Bu o deməkdir ki, Biz Azərbaycanda Astara bölgəsindən qaz alırıq və Naxçıvana çatdırırıq”, – deyə əlavə edib.
Enerji məsələləri üzrə təhlilçinin sözlərinə görə, razılaşmanın müddəti 20 ildir, 2005-ci ildən qüvvədədir və 2025-ci ilə qədər davam edəcək. Qərardada görə, İran Naxçıvana ildə 350 milyon metr-mukəəb qaz verirdi. Bu da gündə 1 milyon metr-mukəəbə bərabərdir. Bu suap əməliyyatı üçün, İran Azərbaycanın sadirat qazının yüzdə 15-ni köçürmə haqqı olaraq alır. Bu razılaşma daha 5 il müddətinə etibarlıdır, amma Türkiyə son illərdə qaz sadiratını şaxələndirməyi planlaşdırıb və bölgədə qaz mərkəzinə çevrilməkdədir. Bu baxımdan, Türkiyənin planlarından biri də Naxçıvana qaz verilməsində İranın yerini almaqdır.

Related Articles

Bir cavab yazın

Back to top button