Dünyaİran

Rafael Qrossi İranı radioaktiv maddələrlə bağlı açıqlama verməyə çağırıb

Atom Enerjisi üzrə Beynəlmiləl Ajansın müdiri Rafael Qrossi İranı gizlətdiyi radioaktiv maddələrlə bağlı açıqlama verməyə çağırıb. Rafael Qrossi bildirib ki, fevriyyənin 15-də İranın İlhaqi Protokola və atom anlaşmasının maddələrinə əməl etməyəcəyi barədə Ajansa bilgi verilib. Ancaq İranın açıqlamadığı atom məkanlarında radioaktiv ləvazim və radioaktivə bulaşmış əşyaların üzə çıxması bu məkanlarda yüksək miqdarda dəyişdirilmiş atom zərrələrinin olduğunu göstərir. Belə olduğu halda, ajans müdiri İranı rəsmi açıqlama verməyə çağırıb.
“Bu əşyaların tapılmasından 18 ay keçməsinə baxmayaraq, İran tərəfi bununla bağlı hələ də inandırıcı və fənni səbəb göstərməyib. Bu səbəbdən Atom Enerjisi üzrə Beynəlmiləl Ajans bu məkanda radioaktiv maddələrin olması və İranın bu barədə rapor verməməsindən son dərəcə narahatdır”, – deyə ajans rəsmisi vurğulayıb.
Qeyd edək ki, Rafael Qrossi İranın atom fəaliyyətləri ilə bağlı çıxılmaz durumun yaranmaması üçün məqsədyönümlü danışıqlara hazır olduğunu bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button