Azərbaycanİran

Təbrizdə saxlanılan 7 nəfər mədəni fəal barədə hələ də məlumat yoxdur

İranda Azərbaycan Siyasi Məhbuslarının Müdafiəsi Cəmiyyəti (ADAP) aylıq hesabatını nəşr edərək bir neçə gün öncə Təbrizdə saxlanılan insan haqları fəalları barədə hələ də məlumatın verilmıdiyini bildirib.

Cəmiyyət həmçinin Farhad Hüseyninin ailəsinə istinadən bildirib ki, Hüseyni öz evində sentyabrın 19-da Zəncanın SEPAH məmurları tərəfindən saxlanılıb. Ona ittihamın elan olunması üçün Zəncan şəhəri Ümumi Prokurorluğuna aarılıb. Ailə üzvləri prokurorluqda olsa da onunla görüşmələrinə icazə verilməyib.

Hüseyni Zəncan Əyalətində nəşr olunan mətbuat, o cümlədən Bayram Dərgisi ilə əməkdaşlıq edir. Mədəniyyət və sosial məsələlər barədə yazılar yazıb. Habelə Zəncan şəhərinin İmam adına Mədəniyyət Sarayında Azərbaycan dili və ədəbiyyatının tədrisi ilə məşğul olub.

ADAP həmçinin Məhəmmədrza Müvəhhid, Araz İbrahımnijad, Cavad Sudbər, Əli Babai, Davud Şiri, Əmir Hüseyn Ağayi və Mehran Qadirinin Təbriz şəhərində, Mina Əlixani isə Zəncanda sentyabrın 13 və 14-də saxlanıldıqlarını bildirib.

Onlar Urmu Gölünün hakmiyyət tərəfindən qəsdən qurudulmasına etiraz aksiyaları və İranda etirazların ildönüm ilə əlaqədar saxlanılıb. Əlixani 2 gün həbsdə qalandan sonra 50 milyon tümən zəmanət qarşılığında sərbəst buraxılıb.

Lakin hal hazıradək sair saxlanılanların 7 nəfərin vəziyyəti, o cümlədən saxlanılma səbəbi və harda saxlanıldıqları barədə əlaqədar oraqanlar tərəfindən məlumta verilməyib.

Cəmiyyət habelə hesabatında bildirib ki, Binab şəhəri azərbaycanlı mədəni fəalı Babək Rəhməti sentyabrın 16-da SEPAH-ın məmurları tərəfindən saxlanılıb və hansı idarəyə aparıldığı barədə məlumat verməyiblər.

Eləcə də avqustun 26-ı Təbrizdə saxlanılmış Peyman İbrahiminin ailəsi bildirib ki, onun harada saxlanması və taleyi barədə dəfələrlə məhkəmə orqanlarına müraciət etsələr də məlumat verilmir.

Related Articles

Bir cavab yazın

Back to top button