İran

SEPAH-ın işğal olunmuş Qarabağ ərazilərinə silah, uyuşdurucu maddə qaçaqçılığı və PKK yaraqlılarının hərəkəti üçün istifadə olunan tunelləri tapılıb

Azərbaycanlı media fəalı Elmira Musazadə Tuiter hesabında ingilis dilində yazıb: “Azərbaycan və İran arasındakı ümumi ilişkiləri nəzərə alaraq, bu əks iki ölkə sınırında yerləşən tuneldə çəkilib. Sözügedən tunel, sənədli filmin çəkilişi zamanı işğaldan azad edilən Zəngilanda üzə çıxıb”.

O bildirib: “Əslində, ikinci Qarabağ savaşı bir çox məsələlərə, o cümlədən qonşu ölkələrlə münasibətlərə aydınlıq gətirdi. Eyni zamanda bu tunel minalarla dolu idi və Azərbaycan nizamiləri onu təmizləyib. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Ancaq qorxuram ki, bir çox mina və partlayıcı tələ hələ də qalsın və mütəxəssislərin gözündən yayınsın”.

Xatırladaq ki, ötən il 44 günlük savaş başlamazdan az öncə Güney ilə Quzey Azərbaycandan olan partiyaların Bakıda keçirilən görüşündə İrandan Ermənistanın işğal etdiyi Qarabağ ərazisinə gedən ən azı üç qanunsuz körpünün və bir sıra tunellərin olduğu ortaya çıxarmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button