Azərbaycanİran

Abbas Lisani mərəndli fəallarla görüşüb

Güney Azərbaycanın Mərənd şəhərindən olan bir qrup milli-mədəni fəal Ərdəbil şəhərinə gələrək milli hərəkat və ana dili hərəkatı fəalı, keçmiş siyasi məhbus Abbas Lisani ilə görüşüblər.

Fəallar arasında ana dili hərəkatı fəalı, Evin həbsxanasından yenicə buraxılmış Əlrza Fərşi də olub.

Onlar Abbas Lisani ilə Azərbaycanın müxtəlif məsələlərini müzakirə edib və fikir mübadiləsi aparıblar.

Əlirza Fərşi Mərənd bölgəsində siyasi,iqtisadi, ictimai və mədəni məsələlər barədə danışıb.

“Biz dövlət məmurlarının davranışlarına biganə qalmamalı, hakim olan zülm və korrupsiya qarşısında susmamalı, hökumət məmurlarını tənqid edərək bütün şəhər və kəndlərdə iqtisadi, sosial və siyasi sahələrdə fəal olmalıyıq”,- Fərşi azərbaycanlılaı daha aktıv olmağa çağırıb.

Abbas Lisani qonaqların müxtəlif məsələlərlə bağlı suallarını cavablandırıb.

“Azərbaycan milli hərəkatının mübarizə illərində vicdanlı və sarsılmaz fəallar arasında möhkəm birlik yaranıb”,- deyə, Lisani bütün bölgələrdən olan azərbaycanlı fəalları bu birliyi qorumağa çağırıb.

O, bir sıra problemlərin olduğunu təbii sayıb, bəzi hallarda əsas amaldan, yoldan qırağa çıxanların olduğuna baxmayaraq, hərəkatın ümumi vəziyyətinin yaxşılığıa doğru irəlilədiyini bildirib.

“Milli hərəkat fəalları bəzi qrup və şəxslərlə, o cümlədən, öz fəaliyyətsizliklərini əsaslandırmaq üçün zaman-zaman bəhanələr uyduran, varlığını ifadə etmək üçün reduksionist baxışla Azərbaycan millətinin bütün nailiyyətlərini şübhə altına alan passiv, lakin iddialı şəxslərlə eyni yolda deyil. Azərbaycanın sədaqətli milli fəalları təhlükəsizlik qüvvələrinin tələsinə düşərək gülünc üsullarla milli hərəkatda problem yaratmaq, onu yolundan çaşdırmaq üçün hər fürsətdən istifadə edən və bunun üçün heç bir əxlaqsız hərəkətdən çəkinməyən ünsürlərdən uzaq durmalıdırlar”,- Lisani qeyd edib.

Abbas Lisani azərbaycanlıların mayın 20-də Berlində keçirəcəkləri yürüşlə bağlı da fikirlərini bölüşüb və aksiyaya dəstək verməyə çağırıb.

Zülm altında olan Güney Azərbaycan xalqının dünyaya tanıtdırılmasında belə nümayiş və aksiyaların zəruriliyini vuröulayan Abbas Lisani, dünyanın müxtəlif şəhərlərində azərbaycanlıların mövcud potansialdan maksimum istifadə edərək belə aksiyalar keçirməyi və azərbaycanllarının həqiqi gücünü göstərməyi tövsiyə edib.

“Həmçinin 2006-cı ilin mayında böyük Azərbaycan xalqının qiyamının ildönümünə dəstək məqsədilə Berlin şəhərində “Azadlıq, Ədalət, Milli hökumət” şüarı ilə 20 may çağırışı öz müsbət təsirini ikiqat artıracaq.

Bu işimizlə Güney Azərbaycanlı fəalların beynəlxalq aləmdə insan haqları sahəsində fəaliyyətlərinin təkmilləşməsini dəstəkləmiş olacayıq. Şübhəsiz ki, Berlindəki nümayiş, 25 mart Brüssel nümayişi kimi, bütün milli fəalların dəstəyi ilə müşayiət olunacaq”,- Lisani bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button