İran

İranda su böhranı yaşanır

İranın paytaxtı Tehran şəhərinin mərkəzi, qərb və şimal bölgələrində içməli su qıtlığı yaranıb.

Yerli mediada yayılan xəbərlər görə, Tehranın bir çox ərazilərində altıncı gündür ki, su kəsilib və hökümət problemi həll etmək üçün verdiyi vədləri yerinə yetirmir.

Sosial şəbəkələrdə Tehranın mərkəzi hissələrinə tankerlərlə su verildiyinə dair görüntülər yayılıb. Bəzi mənbələr bildirir ki, tankerlərlə paylanan su içməli deyil və sağlamlığa zərərlidir.

Hökümət su qıtlığını son günlər baş verən sel ve daşqınlarla əlaqələndirib.

Ekspertlər su qıtlığının bir çox problemə səbəb olduğunu, hətta mineral suyun da çatışmadığını bildirib.

Ölkənin bəzi bölgələrində içməli su qıtlığının yaranması İrandan içməli suyun ixrac olunduğuna dair iddiaları artırıb. Mineral Su İxracatçıları Cəmiyyətinin katibi Peyman Furuhər deyib ki, ötən il Rusiyaya 6-7 milyon dollar olmaqla təxminən 10 milyon dollar dəyərində su ixracatı olunub.

Related Articles

Bir cavab yazın

Back to top button