İranSağlıq & Yaşam

İran rejiminin vaksinasıya ilə bağlı mövqeyi

Koronavirusun yayılmağa başlamasından bir ildən çox vaxt ötüb. Artıq bir çox ölkələrdə təhlükəli virusa qarşı vaksinasiyona başlanılıb. Ancaq İranda durum bir qədər fərqlidir. Sağlıq vəzirliyinin sözçüsü Sima Sadat Larinin açıqlamasına görə, koronavirusa yoluxma sayında yenidən artım var. Sarı durumda olan 124 şəhərdə məhdudiyyətlərin tətbiqinə başlanıla bilər. Bu duruma baxmayaraq, İranda vaksinlə bağlı aparılan mübahisələr tamamilə fərqli yöndə irəliləyir. Belə ki, dünya ölkələri tərəfindən elmə əsaslanaraq müvafiq işlər görülür və insanların sağlamlığı ön planda tutulur.

Ancaq İranda koronavirus vaksini ilə bağlı mübahisələr siyasi hal alıb. Bildirək ki, ötən günlərdə Əli Xamenei ölkəyə Amerika və İngiltərə vaksinlərinin varidini qadağan edib. O, qərb ölkələrinə güvənmədiyinə görə belə bir addım atdığını bildirib. Bu kimi açıqlamalarla İran sağlıq qonusunda da ideolojiyə üstünlük verdiyini sübuta yetirdi. İranın Xarici İşlər Vəziri Xameneinin açıqlamasından bir neçə gün sonra Rusiyaya səfər etdi. O, səfər çəçivəsində Rusiya ilə koronavirusa qarşı vaksin məsələsini müzakirə etdiyini açıqladı. Bu açıqlama insanları təəccübləndirdi. Daha sonra isə sağlıq vəziri “Sputnik V” vaksininin təyid edildiyini açıqladı. Halbuki, Rusiya tolidi vaksin beynəlxalq camiədə təyid olunmayıb və yüzdə 70 təsirli olması ilə bağlı bilgilər var.

Bu durum sözügedən vaksinə qarşı etirazları artırdı. Nizam Pezeşki Sazimanının onlarca doktoru Həsən Ruhaniyə vaksinlə ilgili məktub ünvanladılar. Onlar məktubda vaksinin təhlükəli ola biləcəyi barədə bildiriş etdilər. Ancaq sağlıq vəziri Səid Nəməki etiraz edənləri xəbis adlandırdı və rus vaksinini difa etdi. Qeyd edək ki, Türkiyə də vaksinasiyona başlayan ölkələr arasında yer alır. Türkiyənin Sağlıq Vəzirliyinin saytında bütün mərhələlər şəffaf bir şəkildə göstərilir və millətə bilgi verir. Hazırda Türkiyədə vaksinasiyon edilənlərin sayı 2 milyon nəfəri ötüb. Ancaq İranda bu prosesin nə vaxt başladılacağı bəlli deyil.

İran məsulları hansı vaksindən istifadə ediləcəyini və kimlərə vurulacağını dəqiq bildirmirlər. Aydın olan tək məsələ İranın siyasətdə olduğu kimi sağlıqda da ideoloji çərçivəsində hərəkət etməsidir. Bu rejim ideolojini, mənafelərini insanların sağlığından üstün tutur.

Related Articles

Bir cavab yazın

Back to top button