AzərbaycanBölgəSiyasət

Azərbaycan Demokratik Firqəsi 70 ildən sonra adını bərpa etdi

Cari ilin iyulun 6-sı Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin (ADF MK) plenumu keçirilib.

Aznews.tv məlumat verir ki, tədbirdə ADF MK-nın Bəyanatı müzakirə edilərək qəbul olunub.

Bəyanatda göstərilib ki, 3 sentyabr 1945-ci ildə Təbrizdə yaradılan, 1 ay sonra həmin şəhərdə birinci konqresini keçirən Azərbaycan Demokrat Firqəsinin öz tarixi, müstəqil və qoşqusuz adını, həmçinin ilkin Məramnamə və Nizamnaməsini bərpa etməsi 69 ildən sonra atılan zəruri və ədalətli addımdır.

Həmin sənəddə qeyd olunub ki, 1-2 avqust 1960-cı ildə “vəhdət konfransı”nda ADF-nin İran Xalq Partiyasına Azərbaycan təşkilatı statusu ilə Moskvanın tələbi və təzyiqi ilə birləşdirilməsi böyük tarixi yanlışlıq idi.

Buna görə də plenum ADF-nin adı önündən “İran Xalq Pariyasının Azərbaycan təşkilatı” sözlərinin götürülməsini, bundan sonrakı fəaliyyətini Azərbaycan Demokrat Firqəsi kimi davam etdirməsini dövrün tələbi, həm də gecikmiş qərar kimi dəyərləndirib.

Təşkilat ilikin Məramnamə və Nizamnaməsinin tələblərinə uyğun olaraq fəaliyyətini Azərbaycan Demokrat Firqəsi kimi davam etdirəcəkdir.

Plenumda təşkilatı məslələrə də baxılıb. Valeh Quluzadə xəstəliyi ilə əlaqədar vəzifəsini icra edə bilmədiyi üçün ADF-nin sədriliyindən azad olunub.

Mərkəzi Komitənin üzvləri V. Quluzadənin uzun illər qüsursuz, sədaqətli, müstəsna xidmətlərini nəzərə alaraq onu Azərbaycan Demokrat Firqəsinin fəxri sədri seçmək barədə təklifi yekdilliklə bəyəniblər.

Yaranmış şəraitlə əlaqədar firqənin bürosunun, Mərkəzi Komitəsinin, icra orqanlarının buraxılması barədə qərarlar qəbul olunub.

Digər qərarda bu ilin payızında Azərbaycan Demokrat Firqəsinin 2-ci konqresinin çağrılması, orada partiyanın yeni rəhbər strukturlarının formalaşdırılması razılaşdırılıb.

Konqresə hazırlıq məqsədi ilə yaradılacaq təşkilat komitəsinə rəhbərlik ADF-nin sədri vəzifəsini icra edən Rəhim Hüseynzadəyə həvalə olunub.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button