Azərbaycanİran

19 yaşlı təbrizli şahmatçı İran çempionu oldu

Kirmanda keçirilən şahmat üzrə İran çempionatının final mərhələsində təbrizli şahmatçı 19 yaşlı Əmir Rza Purağabala birinci yeri tutub.

Azərbaycanlı idmançı finalda 11 xal qazanaraq şahmat üzrə İran çempion olub.

Qeyd edək ki, o, bundan öncə həm də İranın yeniyetmələrdən ibarət milli komandasının üzvü olmasına baxmayaraq beynəlxalq yarışlara göndərilməyib.

Purağabala hazırda 2501 reytinqə malik olmasına rəğmən, ona qrossmeyster adı da verilməyib.

Şahmat mütəxəssisləri bunu Əmir Rza Ağabalaya qarşı səbəbi bəlli olmayan haqsızliq kimi qiymətləndirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button