Dünya

2022-ci ildə dünyada 67 jurnalist qətlə yetirilib

2022-ci ildə dünyada 67 media nümayəndəsi öldürülüb.

bu barədə məlumat Jurnalistlərin  Müdafiəsi Komitəsinin statistikasında yer alıb. Məlumata görə jurnalistlərin qətlə yetirilməsi ən çox Latın Amerikası ölkəsində baş verib. Ona görə də bu region mətbuat nümayəndələri üçün ən təhlükəli hesab olunur.

Göstəricilər üzrə jurnalistlərin qətllərində 2018-ci ildən bu yana təxminən 50% artım var.

Qətllərin yarısından çoxu üç ölkədə – Ukraynada (15), Meksikada (13) və Haitidə (7) baş verib. Bu ölkələr üçün indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.

Qeyd edək ki, Latın Amerikası ölkələrinin nominal olaraq sülh şəraitində olmasına baxmayaraq, region Ukrayna müharibəsində öldürülən jurnalistlərin sayının çoxunu ötüb.

Jurnalistlərin Müdafiəsi  Komitəsinin prezidenti Jodie Ginsberg çıxışında bildirib ki, bu rəqəmlər mətbuat azadlığının kəskin şəkildə aşağı düşməsinə işarə edir.(Ednews)

Related Articles

Bir cavab yazın

Back to top button