Dünyaİran

4 ölkə İranla bağlı bəyanat yaydı

İsveç, Böyük Britaniya, Ukrayna və Kanada 2020-ci ilin yanvarında Tehran səmasında Ukrayna Hava Yollarına məxsus təyyarənin vurulması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO) İrana qarşı müzakirə başladılması üçün müraciət edib.

Bu barədə adı çəkilən ölkələrin xarici işlər nazirləri birgə bəyanat yayıblar.

“Bu gün biz Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 3bis maddəsi ilə tanınan beynəlxalq hüquqi öhdəliklərini pozaraq, uçuş zamanı mülki təyyarəyə qarşı silahdan istifadə etməsinə görə İrana qarşı Beynəlxalq Mülki Aviasiya Təşkilatı qarşısında işi birgə başlatdıq”, – bəyanatda vurğulanıb.

Bəyanatda bildirilir ki, Tehran bütün danışıqlar cəhdlərinə baxmayaraq, dörd ildir ki, PS752 reysinin vurulması ilə bağlı tam beynəlxalq hüquqi məsuliyyəti öz üzərinə götürməkdən imtina edir, buna görə də mübahisənin İCAO Şurasının müzakirəsinə çıxarılmasına qərar verilib.

Qeyd edək ki, 2020-ci il, yanvarın 8-də SEPAH-ın iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus BOEİNG-752 təyyarəsində olan 176 sərnişinin hamısı həlak olub.

Bundan sonra rəsmi Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışıb.

Lakin beynəlxalq təzyiqlər nəticəsində hava gəmisinin SEPAH terror təşkilatı tərəfindən vurulduğunu qəbul etməyə məcbur olub.

Təyyarə qurbanlarının əksəriyyəti Kanada və Ukrayna vətəndaşlarıdır. Belə ki, qurbanlarının 55 nəfəri Kanada, qalanları isə Ukrayna, İsveç, Britaniya, Almaniya və Əfqanıstan vətəndaşlarıdır.

Related Articles

Bir cavab yazın

Back to top button