İran

7 ƏSİRLİK RƏBİ RƏŞİDİDƏ YANĞIN ÇIXDI

700 il tarixi olan Rəbi Rəşidi məntəqəsində dünən axşam yanğın çıxıb. Yanğın Təbriz Atəşnişanisinin müdaxiləsiylə söndürülüb.
Təbriz atəşnişanisi sazmanının sözcüsü Siyamək Noruzu yanqının dəqiq səbəbini demədi ancaq havaların qızışmasında ortaya çıxabiləcəyi ehtimalı mətrəh elədi.
Məhəmməd Baqir Hünərbər Şərqi Azərbaycan ustanının böhran müdiriyyəti sazmanının rəisi məsələylə bağlı danışıb. Hünərbər çıxan hadisələrin yüzdə 80-nin insanların xətasıyla meydana gəldiyini deyərək, diqqətli olmağı tapşırıb.
Qeyd edək ki, Rəbi Rəşidi dünyanın ən qədim modern danişqahı sayılan dəyərli tarixi binadır. Bu tarixi məhəvvətənin 700 il tarixi olduğu deyilir. Həmçinin, milli tarixi əsərlər listəsində qeyd edilib.
İllərdir ki bu tarixi məntəqənin doğru düzgün qorunmaması Azərbaycan tarix sevərləri tərəfindən tənqid edilir. Dəfələrcə çıxan yanğınlar bu tarixi sərvətə zərər verib. Habelə əsərin düzgün bir şəkildə üstünün örtülməməsi qar və yağış altında qalıb it-bat olmasına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button