İran

TUTULAN ƏRƏB FƏALLARINDAN HEÇ BİR XƏBƏR YOXDUR

Ərəb milli mədəni fəallarından 60 nəfərinin harada saxlanması ilə bağlı heç bir xəbər yoxdur.
Ötən günlərdə ən azı 14 nəfər Məşur sünnü vətəndaşı saxlanıb. Onların məlum olmayan yerlərdə saxlanıldığı deyilir. Bu barədə açıqlama verən insan haqları müdafiəçisi Kərim Dəhiminin dediyinə görə, hər il Fitir bayramından öncə Ərəb milli mədəni fəalları geniş şəkildə tutulur. Son illərdə tutulanlar sünnü namazı qılmaq bahəni ilə saxlanılıb. Onlar Məşur xalqının aban etirazlarındaki dirənişini öymək amacı ilə mərasim keçirdikləri üçün saxlanılıb. İran məqamları, Ələhvaz ustanının muxtəlif şəhərləri O cümlədən Şuştər, Məşur, Susəngird, Ələhvazda saxlanılanalrın “Ələhvaz hərəkəti”(Conbeş Ələhvaz) bayrağını dalğalandımaqda ittiham edir- deyə Dəhimi bildirir.O Ələhvazın muxtəlif şəhərlərində tutulanların sayını 60 nəfər olduğunu deyir. İndiyə kimi tutulanların ailələri İnqilab dadqahı, xəbər sitadına baş vursalar da onların harada saxlandığı barədə heç xəbər əldə edə bilməyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button