İran

85 vəkil İranda son həbslərlə bağlı xəbərdarlıq bəyanatı yayıb

85 vəkil İranda son həbslərlə bağlı xəbərdarlıq bəyanatı yayıb. Onlar etirazçılara qarşı amansız münasibəti və həbsləri pisləyiblər.

Bəyanatda narazılara qarşı hökumət qüvvələrinin qəddar münasibəti və qanunsuz həbsləri pislənilib.

Vəkillər İbrahim Rəisi başda olmaqla hökumət rəsmilərinə xəbərdarlıq ediblər.

Onlar sosial mediada yayılan və etirazçılara qarşı məmurların davranışlarını əks etdirən görüntülərin acınacaqlı olduğunu, bunun xalqın qanuni hüquqlarının kobudcasına pozulduğu kimi dəyərləndiriblər.

Vəkillər etiraz aksiyasına qatılanların dinc aksiya keçirmələrinə baxmayaraq polis və başqa silahlı qüvvələrin qanunsuz və amansız münasibətinin qəbuledilməz olduğunu, ölkənin ana yasasında əks olunan maddələrin belə pozulduğunu qeyd ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button