İran

Abadanda çökən binada ölənlərin sayı artıb

İranın Abadan şəhərində çökən binada ölənlərin sayı artıb. Xuzistanın əyalətinin Abadan şəhərinin fərmandarı Ehsan Abbaspur mediaya verdiyi açıqlamada dağıntılar altından daha bir neçə nəfərin meyitinin çıxarəldığını deyib.

O, mayın 27-i səhər saatlarına kimi 24 nəfərin cəsədinin dağıntılar altından çıxarıldığını, 48 nəfər yaralının isə xəstəxanalara yerləşdirildiyini bildirib.

“Tikililərin qeyri-sabit şəraiti hadisə yerində yeni qəza riskini artırmış, axtarış və xilasetmə əməliyyatlarını daha mürəkkəb və çətin etmişdir”-deyə, fərmandar iddia edib.

Yerli fəallar isə dağıntılar altında qalanların çıxarılması işlərinin gecikməsini yetərli texnikaların cəlb olunmaması ilə əlaqələndirirlər.

Qeyd edək ki, mayın 23-də yerli vaxtla saat 12:30 radələrində Xuzistan əyalətinin Abadan şəhərində 10 qatlı bina çöküb.

Yerli qaynaqlar dağıntılar altında qalanların yüzlərlə olduğunu və rəsmiləri qurbanlar barədə dəqiq məlumat vermədiklərini bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button