Azərbaycan

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

Şurəvi tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin 98-ci ildönümündə Azərbaycan prezidenti İlham Əliyev əməli olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb. Bununla da qondarma “Dağlıq Qarabağ muxtarlığı” tarixin arşivinə atılıb. İndi Qarabağ Azərbaycanın iqtisadi bölgəsinə çevirilib, üstəlik, hüquq lüğətinə “Şərqi Zəngəzur” sözü artırılıb.
Azərbaycan prezidenti İlham Əliyev 7 JUİYYƏ 2021-ci il tarixdə “Azərbaycanda iqtisadi bölgələrin yeni bölgüsü haqqında” fərman imzalayıb. Bu sənəd Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrinin də yaradılmasını nəzərdə tutur.
maraqlı nöqtələrdən biri fərmanın imzalandığı tarixdir. O vaxtkı Azərbaycan Şurəvi Mərkəzi İcraiyyə Komitəsi 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqda qərarı məhz juiyyənin 7-də almışdı. Doğrudur, Dağlıq Qarabağın muxtariyyəti 26 novambr 1991-ci ildə Azərbaycan Ali Şurasının qərarı ilə ləğv edilib. İkinci Qarabağ savaşı nəticəsində isə Azərbaycanın işğal olunmuş əraziləri azad edilib. İndi Dağlıq Qarabağ Muxtariyyəti tarixin arşivinə göndərilib.
İlham Əliyev bu qərarı ilə tarixə tam hakim olduğunu ortaya qoyub. Aydın olur ki, Azərbaycanda dövlət qərarlarının verilmə tarixi son dərəcə diqqət və incəliklə seçilir.
Bundan başqa, Şurəvi dönəmində Dağlıq Qarabağa muxtariyyətin verildiyi gündə imzalanmış son fərmanla həm də hüquq lüğətinə “Şərqi Zəngəzur” sözü artırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button