Milli-mədəni fəallar Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində divarlara yazı və şüarlar yazaraq Urmu gölünün qurudulmasına etiraz ediblər.
“Urmu gölü can verir”, “Urmu gölünün quruması Azərbaycanın məhv olması deməkdir” və bu kimi şüarlar urmunun bir çox məhəllələrinin divarlarlna yazılıb.
Buna səbəb son günlər mütəxəssislərin Urmu gölünün tamamilə məhv ola biləcəyi ehtimalı barədə səsləndirdikləri fikirlər, hökumətin bərpa işlərinə məsuliyyətsiz yanaşmasıdır.