İran

BEYNƏLMILƏL FİLM FESTIVALINA SEÇILƏN FİLM…

Ərdəbilli hünərmənd Şəhram Cavadxaninin yönətmənliyi ilə ərsəyə gəlmiş “Asansor” filmi Otrişin Zeytimpuls (ZEITIMPULS) 2020 Beynəlmiləl Film Festivalının yarışlar bölməsinə keçə bilib.
“Asansor” filmi Ərdəbil Ustanı Hünər Hövzəsi Görüntülü Hünərlər Bölməsinin tolidlərindən olmaqla Daxili İşlər Vizarəti ilə anlaşmadan sonra 1398-ci ildə əmələ gəlib.
Zeytimpuls Festivalı bu ilin Tir ayının 2-dən 7-nə kimi Otrişin Viyen şəhərində keçirilməklə korona virusunun yayıldığına və sinamaların tətil olduqlarına görə onlayn keçiriləcək.
Bildirək ki, Şəhram Cavadxani 1354-cü ildə Ərdəbil şəhərində doğulub. Filmdüzəldən, yazıçı və yönətməndir. O, İranın Gənc Sinamaçıları Əncümənin üzvüdür. Həmin əncümənin Ərdəbil Şöbəsində filmyazma və yönətmənlik tədris edir. Ərdəbil Ustanı Fərhəng və Hünər Evi müsəssislər heyəti və idarə heyətinin üzvüdür. O, “Bir cüt Göz”, “Qab”, “Çəlik”, “Ayna və Şəmqabı” və “Qoyuq Uçuşu Kimi” qısa filmləri tolid edib.

Related Articles

Bir cavab yazın

Back to top button