
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara və Yerevan arasında yaxın vaxtlarda münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndə təyin edəcəyini bildirib.
“Azews tv” xəbər verir ki, o habelə vurğulayıb: “Biz bununla bağlı hər addımda Azərbaycan Cümhuriyyəti ilə koordinasiyalı şəkildə hərəkət edəcəyik”.
Çavuşoğlunun sözlərinə görə, hər iki ölkə İstanbul və Yerevan arasında çarter reysləri açmaq fikrindədir.
O, habelə qeyd edib ki, Yerevan və Ankara tərəfindən təyin olunacaq xüsusi nümayəndələr iki qonşu ölkə arasında münasibətləri normallaşdırmağın yollarını axtaracaqlar.
Xatırladaq ki, Türkiyə Ermənistanla diplomatik əlaqələrini Qarabağ münaqişəsi və Ermənistanın 1915-ci il hadisələri ilə bağlı əsassız iddiaları səbəbindən kəsib və iki ölkə arasında quru sərhəd bağlıdır.